Öyrəndim interneti bir təhər çatlaşa-çatlaşa.
Barmağlarım olub mənim qəbər çatlaşa-çatlaşa.
Səsli və görüntülü çatlar yayılıb hər tərəfə,
İnsanda hər şeydən olur xəbər çatlaşa-çatlaşa.
„MSN“, “Yahoo messenger“, „Paltalk“ , „ICQ“ ile „Mirc“,
Çatında yazışmışıq o qədər çatlaşa-çatlaşa.
Ya „ban“ olur, ya „kick“ olur uzaq başı „ignor“ olar,
“User” pozubsa qaydanı əgər çatlaşa-çatlaşa.
Köhnə “user”sənsə əgər baş-beyin dəng olmalıdir,
Onuyla söhbət edir bir nəfər çatlaşa-çatlaşa.
Marağlı nicklər qoyulur lap adami heyran edir,
Bir də görürsən yazılıb əsər çatlaşa-çatlaşa.
Çat elə şeydir insan öz sözüylə hörmət qazanır,
Qanacağ, əxlaqla çalar zəfər çatlaşa-çatlaşa.
Millət öz dilin unudur,özgə dildə söhbət edir,
Doğma dilə verilməyir dəyər çatlaşa-çatlaşa.
Çatda söyüş söymək özü böyük səviyyəsizlikdi,
Xalqı təmsil etmirikmi məgər çatlaşa-çatlaşa.
Həbib Haqqı təbliğ elə bu çat yaxşı vasitədir,
Sən qazan axirət üçün səmər çatlaşa-çatlaşa.
19 İyul 2003, Berlin.