Hər kim olsan ömür boyu,
Üzdə saxla həya, arı.
Yüz yaşında ölmür hamı,
Hər yaşın var öz baharı.
Qəbiristan ölkəsidir?
Bu Azərbaycan diyarı.
Məzarın burda qazıla,
Əcnəbi alasan yarı.
Adam olmaq çətindirsə,
Bir qapıda it ol barı.
Ham… ham elə adam qoru,
Qazan əhdi, düz ilqarı.
Qoca nənəm tük buraxıb,
Üzündə var dümağ qarı.
Saqqalına görə bəlkə,
Deyim ağsaqqaldı qarı?