Eşqini Salsin Yada!

Eşqini salsin yada!

yazı resim

Kim məhəbbət əhlidirsə eşqini salsın yada.
Qeys tək heç əhli-sevda çatmayıbdir o ada.

Çün o eşqin ləzzətindən dönmüş idi Məcnuna,
Eşqə xatir canana öz canını etmiş fəda.

Qoymaz əğyar heç zaman aşiq çata cananına,
Əğyara bel bağlayarsaq eşqimiz getdi bada.

Şəm yanar pərvanələr dövr eyləyər ətrafına,
Bir zamanlar görsənər pərvanələr düşmüş oda.

Güldən ötrü bül-bül hər dəm ah çəkib fəryad edər,
Bül-bülün ahından ətrafa yayılmış səs-səda.

Həbiba dərk etmək istər hər zaman arifləri,
Məcnun, ol insanimişsən, Leyli isə ol Xuda.

30 İyul 2001, Bakı

Başa Dön