Söylə, vəfasız, söylə
Söylə, vəfasız, söylə,
Amansız bir xəstalik gəzir mənim qəlbimdə,
Heç şəklimiz yox ki, bu sapsarı albomda.
Əfsunlu gözlərinə könül necə dayansın,
Asta asta gəlib də sən qəlbimə düşənsən.
Şahiddir yaradanım ilk və son olcaqsan,
Olmasam da qəlbində sən məndə qalacaqsan.
Söylə, vəfasız, söylə, sənsiz necə yaşarım,
Ölməmək əldə deyil, istə, dağlar aşarım.
Nə bilirdin sevdamı, belə xor görəcəksən,
Səni sevən bu qəlbə, kədərlər hörəcəksən.
Xəyallarımız vardı, çəkib getdin amansız
Gələcəyəm deyərkən nə üçün vurdun zamansız.
Qəmə büründüm yenə, sənsizlik mənə düşdü,
Gecənin bir yarısı gördüyüm yalnız xəyaldı.
Səhifələr dolub daşdı, şeirlər yazdım sənə,
Bir gün gəlmədi fələk, ağlarım yana-yana.
Sevirəm mən səni, qulaq as sözlərimə,
Keçib gedir ömür dön, artık özlərinə.
Qaldı əllərim bom-boş, sınıq-salxaq qələmim,
Oxuyuram bir mahnı, məndən soruş yalnızlıgı…
NERMİN TERZİ
ÇEVİRİ DOÇ DR TAMİLLA ABBASHANLI