Yalancı Bahar
Əslində yaşanacaq çox şeylər vardı,
Gözyaşı yerinə xoşbəxtlik vardı.
Təəssüf ki, həvəsim məşhərə qaldı,
…Üzünə bir daha baxmayacagam,
…Çay olsam sənə axmayacagam.
Xəyalları bir bir külə döndərdin,
Sevda yangınımı nə tez söndürdün.
Yaşamaq istədim, məni öldürdün,
. …Üzünə bir daha baxmayacagam,
…Çay olsam sənə axmayacagam.
Yalançı da olsan gözlədim səni,
Qəlbimə gül kimi əkdim mən səni,
Yoruldum neyləyim artiq mən məni,
. …Üzünə bir daha baxmayacagam,
…Çay olsam sənə axmayacagam.
Baharın yalanmış güllərin qaldı,
Soldum sənin dərdindən, bu ömrüm yandı,
Dilim sənin adını boş yerə andı.
. Üzünə bir daha baxmayacagam,
…Çay olsam sənə axmayacagam.
NERMİN TERZİ
ÇEVİRİ: DOÇ.DR. TAMİLLA ABBASHANLI