Qarabağa Bax!

Hebib Haqqı söyleginen, dille cihad eyleginen, Haqq sözünü dinleginen, Onnan gelen varağa bax !

yazı resim


Zəmanə pis dövr eləyir, bül-bül uçan o bağa bax !
Qonub palma ağacına, oturduğu budağa bax !

Tox yadına salmır acı ,acın kəsilib əlacı
Həccə gedib olub Hacı, polkasında arağa bax !

Görür bütün müsibəti, verir xalqa əziyyəti
Soyur yenə də milləti, əlindəki çomağa bax !

Millətimin qanın sorub, onun ürəynə xal vurub
Düşmən orda villa qurub, gözün aç Qarabağa bax !

Xalqın əlacı faldadır, millətin ağlı daldadır,
Falla camaatı aldadır, evindəki ocağa bax

Geyib o mini yubkanı, salib çiyninə sumkanı,
Sürtüb üzünə kraskanı, Portiretdi yanağa bax !

Nefti əcnəbiyə satıb, artıq istədiynə çatıb,
Xaricilər burda yatıb, Xəzərdaki yatağa bax !

Həbib Haqqı söyləginən, dillə cihad eyləginən,
Haqq sözünü dinləginən, Onnan gələn varağa bax !

31 dekabr 2001, Bakı.

Başa Dön