Kitaplarla dolu bir oda, ruhlu bir beden gibidir. -Cicero |
|
||||||||||
|
Həbibullah: Deyirlərsə demək düzdür? Yaptulla: Deyirlər ki, Azərbaycan xalqı rahat millət olmuş. Həbibullah: Deyirlərsə demək düzdür? Yaptulla: Eşitmişəm günü-gündən gözəlləşən yurdumuz var. Həbibullah: Həri əşi qiyamətdir, Yaptulla: Ermənini dağıtmışıq sücaətli ordumuz var. Həbibullah: Əlbəttə o nə söhbətdir? Yaptulla: Deyirlər ki, hakimiyyət Qarabağı azad etmiş. Həbibullah: Bəs nə üçün biz bilmiriy? Yaptulla: Bilmədiyin çox şey var ki, onları da icad etmiş. Həbibullah: Yəqin ki, koruq görmüriy. Yaptulla: Yeni ildə, yeni rəhbər, yeni əvf fərmani verdi. Həbibullah: Daha nə bilirsən sonra? Yaptulla: Dustağları buraxaraq azadlıq imkani verdi. Həbibullah: Dustağı kim salib ora? Yaptulla: Deyirlər ki, parta-part fabriklər, zavodlar açılır, Həbibullah: Bütün millət işə gedir? Yaptulla: Bu indiki yeni günəş atasindan bərk saçılır. Həbibullah: Dərdi, bəlanı əridir? Yaptulla: Deyirlər ki, bu iqtidar yaman sabitlik yaradıb. Həbibullah: Lazim oldu dağıdıb ki... Yaptulla: On bir ildə, hər bir yerdə sükut, sakitlik yaradıb Həbibullah: Kimin üçün yaradıb ki? Yaptulla: Deyirlər iqtisadiyyat günü-gündən irəlləyir. Həbibullah: Hə də baxir kimin üçün... Yaptulla: Bizim Azəri xalqına xoş bir gələcək diləyir. Həbibullah: On il də yaşayıb görün. Yaptulla: Həbibullah sən bu qədər ümüdsüz danışma bəsdir! Həbibullah: Mən heç bir şey deyirəm ki? Yaptulla: Çox sual verib məni bezdirməyə çalışma bəsdir! Həbibullah: Mən heç sual verirəm ki? 08 Yanvar 2004, İsveç
İzEdebiyat yazarı olarak seçeceğiniz yazıları kendi kişisel kütüphanenizde sergileyebilirsiniz. Kendi kütüphanenizi oluşturmak için burayı tıklayın.
|
|
| Şiir | Öykü | Roman | Deneme | Eleştiri | İnceleme | Bilimsel | Yazarlar | Babıali Kütüphanesi | Yazar Kütüphaneleri | Yaratıcı Yazarlık | Katılım | İletişim | Yasallık | Saklılık & Gizlilik | Yayın İlkeleri | İzEdebiyat? | SSS | Künye | Üye Girişi | |
Book Cover Zone
Premade Book Covers
İzEdebiyat bir İzlenim Yapım sitesidir. © İzlenim
Yapım, 2024 | © Həbib Müntəzir, 2024
İzEdebiyat'da yayınlanan bütün yazılar, telif hakları yasalarınca korunmaktadır. Tümü yazarlarının ya da telif hakkı sahiplerinin izniyle sitemizde yer almaktadır. Yazarların ya da telif hakkı sahiplerinin izni olmaksızın sitede yer alan metinlerin -kısa alıntı ve tanıtımlar dışında- herhangi bir biçimde basılması/yayınlanması kesinlikle yasaktır. Ayrıntılı bilgi icin Yasallık bölümüne bkz. |